Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

“Muğam aləmi” IV başladı

17:48  |    12 Mart 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” “IV Beynəlxalq Muğam Festivalının simpoziumunun açılışı olub.


APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA prezidenti, akademik Akif Əlizadə, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə və başqaları iştirak edib.

Tədbirdə çıxış edən Ə.Qarayev bildirib ki, muğam Azərbaycanla dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür: “Təsadüfi deyil ki, Azərbaycan muğamı 2003-cü ildə bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısına daxil edilib. Muğam sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində, Azərbaycan xalqının mənəvi irsi kimi qorunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolu var. Məhz onun fəaliyyətinin nəticəsi olaraq artıq dördüncü dəfədir ki, ölkəmizdə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirilir. Bu tədbir dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib”.

AMEA prezidenti, akademik Akif Əlizadə və Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə qeyd edib ki, indiyədək keçirilən və davam etdirilən muğam festivallarının nailiyyətləri və nəticələri dünyanın müxtəlif ölkələrində geniş marağa səbəb olub.

Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə muğam festivalının tarixi əhəmiyyətindən danışaraq vurğulayıb ki, festival Azərbaycan xalqına məxsus qədim və zəngin irsin daha geniş şəkildə tanınmasına xidmət edir. Onun sözlərinə görə, simpoziuma təqdim olunan məruzələr muğamın geniş təhlilini, onun dünyanın aparıcı musiqişünas alimlərinin diqqət mərkəzində olmasını göstərir: “Muğam sənətində ənənə ilə novatorluq vəhdətdə inkişaf edir. Bu günlərdə muğamın orta məktəblərdə tədrisi və beynəlxalq səviyyədə tədrisi üçün proqramın hazırlanmasını müzakirə etmişik. İnanıram ki, biz bununla qədim irsi daha geniş formada təbliğ edə biləcəyik”.

Qeyd edək ki, simpozium martın 14-də başa çatacaq. Simpoziumda dünyanın 40-a yaxın ölkəsindən alimlər, musiqiçilər məruzə ilə çıxış edəcək. Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Bəstəkarlar İttifaqı və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür