Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6592

Digər sorğular

Fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimləri təltif olunub

22:38  |    01 Mart 2016  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin təltifolunma mərasimi keçirilib.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev açıb. O bildirib ki, təltif edilən mədəniyyət və incəsənət xadimləri öz işləri ilə fərqləniblər: “Bu gün təltif edilənlər arasında Eldar Quliyevi, Aftandil İsrafilovu və digər xadimləri görmək mənim üçün çox xoşdur”.

Nazir qeyd edib ki, mədəniyyət və incəsənət xadimlərinin təltif edilməsi dövlət tərəfindən onlara böyük bir dəstəkdir: “Bu, böyük bir qayğıdır. Bizi qarşıdan gələn aylarda böyük tədbirlər gözləyir. Azərbaycanda beynəlxalq tədbirlər keçiriləcək. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi Azərbaycana həvalə olunub. Bu forum Azərbaycan mədəniyyəti və incəsənəti dünya ictimaiyyətinə çatdırılması üçün bir vasitədir”.

Sonda mədəniyyət və incəsənət xadimlərinə orden, medal və fəxri adlar təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.12.2019
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
30.11.2019
Şəhidlər Muzeyində Türk qəhrəmanlarının büstünün və rəsmlərinin təqdimatı oldu - FOTO-VİDEO
30.11.2019
"Özbəkistandan sevgilərlə" adlı konsertdə İlham Əliyev haqqında möhtəşəm sözlər- VİDEO
28.11.2019
“Öz peşəsi ilə məşğul olsun” - İlham Namiqdən Afaq Bəşirqızına
25.11.2019
Rafael Dadaşovun utanmadan danışdığı yalan - Video