Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Torpaq qanunvericiliyini pozan 156 şəxsə 152 min manatlıq cərimə

16:35  |    01 Mart 2016  |   E-mail  |  Çapa göndər

İndiyədək Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 16709 hal aşkar edilib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən dövlət müfəttişləri tərəfindən 787 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib. 2015-ci ildə torpaq qanunvericiliyinin tələblərini pozan 156 şəxs barəsində inzibati tənbeh növü tətbiq edilib və 152 min manatdan çox inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul olunub.


Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqlər və torpaq reydləri keçirilir. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir. Həmçinin, monitorinqlər və torpaq reydləri zamanı mühafizə zonalarında müvafiq qurumlar tərəfindən torpaq ayrılması, vəzifəli şəxslər tərəfindən torpaq sahələri ilə bağlı qanunsuz qərarların verilməsi faktları araşdırılır.

Monitorinqlər nəticəsində məlum olub ki, bəzi hallarda torpaqlar təyinatına uyğun istifadə edilmir, torpaqların ayrılmasında qanunsuzluqlara yol verilir, əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və gil-çınqıl karxanaları və sair obyektlər yaradılır. Bundan əlavə qanunla müəyyən edilmiş mühafizə zonalarında yaşayış və ya qeyri-yaşayış, meşə fonduna aid torpaq sahələrində kommersiya məqsədli obyektlər tikilir. Torpaq müfəttişlərinin apardığı monitorinqlər zamanı aşkar edilib ki, bir sıra hallarda vətəndaşlar onlara məxsus mülkiyyətin ətrafındakı torpaqları zəbt edir və hasarlayırlar. Müxtəlif təyinatlı torpaq sahələrinin özbaşına zəbt olunması və əsassız istifadəsi isə həm vətəndaşın, həm də dövlətin mülkiyyət mənafelərinin səmərəli qorunmasına maneələr yaradır.

Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisi hallarıdır. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.

Bunu nəzərə alaraq Azərbaycanda torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyət, icarə və istifadə hüquqlarının pozulması, torpaqların özbaşına zəbt edilməsi və sair pozuntulara qarşı cəzalar sərtləşdirilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, sahilboyu mühafizə zolaqları, vəzifəli şəxslər tərəfindən torpaq ayırma ilə bağlı verilən qanunsuz qərarlar, özbaşına tikintilər və ya tikintiyə qanunazidd icazənin verilməsi, mülkiyyət, icarə və istifadə hüququnu pozma ilə əlaqədar cərimələr təyin edilib. Bəzi pozuntulara görə isə, inzibati tədbirlərlə yanaşı cinayət məsuliyyəti də nəzərdə tutulub. Cinayət Məcəlləsində edilən dəyişikliklərə əsasən, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib