Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

Şagirdlərdən niyə şəxsiyyət vəsiqəsi tələb olunur? - RƏSMİ

19:54  |    25 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərdə şagirdlərdən şəxsiyyət vəsiqələrinin tələb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

QAZİLER.AZ-ın Trend-ə istinadən xəbərinə görə, İdarənin sektor müdiri Arzu Tairquliyeva bildirib ki, orta məktəblərdə yalnız 9 və 11-ci sinif şagirdlərinin şəxsiyyət vəsiqəsinin olması tələb olunur.

Bunun səbəbini izah edən A.Tairquliyeva əlavə edib ki, şəxsiyyət vəsiqəsində qeyd olunan məlumatlar “Şagird-Məzun” sisteminə daxil edilmədikdə şagird “Buraxılış imtahanına” buraxılmayacaq.

A.Tairquliyevanın sözlərinə görə, şəxsiyyət vəsiqəsinin alınmasında xüsusi yanaşma tələb edilən problem olduqda məktəblər BŞTİ-nə müraciət edirlər.

Onun sözlərinə görə, digər sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunmur: “Lakin həmin sənədlərin alınması məsləhət görülür. Bu səbəbdən övladları üçün şəxsiyyət vəsiqəsi almaq istəyən vətəndaşlara kömək məqsədi ilə ASAN xidmət ilə birlikdə Bakı şəhərinin rayonları üzrə yeni layihəyə başlanılıb. Hazırda səyyar avtobuslarla 252 saylı məktəbdə Sabunçu rayonunda yerləşən məktəblərin şagirdlərinə şəxsiyyət vəsiqəsinin verilməsi üçün xidmətə başlanılıb. Digər rayonlar üzrə də proses davam etdiriləcək”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.07.2020
Bu il özəl sektorda əmək müqavilələrinin sayı artıb
03.07.2020
İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib?
02.07.2020
Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib
02.07.2020
Ölkədə koronavirusdan sağalanların sayı 10 425 nəfərə çatdı
02.07.2020
Azərbaycanda daha 572 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib