Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Bakı-Sumqayıt yolunda yaşıllıq təpəcikləri yığışdırılacaq

17:44  |    25 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə-çökmə sahəsində hazırda aparılan bərpa-gücləndirmə işləri ilə bağlı son durum açıqlanıb.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında “Azəryolservis” ASC-nin sifarişi ilə Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” (keçmiş “Azərkörpü”) tərəfindən bərkitmə işləri aparılır.


Artıq bu istiqamətdə işlərin 80 faizə qədər icra olunub. Həmin işlər yekunlaşandan sonra sürüşmə nəticəsində yolda yaranmış çatların, yolun bərpası istiqamətində işlər aparılacaq: “Digər tərəfdən, həmin ərazidə yolun Bakıdan-Sumqayıta gedən hissəsində də 5-6 metr uzunluqda, 2 metr enində çatlar yaranıb, yolun müəyyən hissələri deformasiyaya uğrayıb. Bunun da səbəbi yol kənarında yaşıllıq təpəciklərinin salınmasıdır. Həmin yol inşa olunan zaman orada yaşıllıq təpəcikləri olmayıb, həmin təpəciklər sonradan salınıb. Təpəciklər həm də yolun çiyin hissəsində salınıb. Təpəciklərin orada inşa olunması yolun çiyin hissəsinə əlavə yük olub. Beləliklə, təpəciklərin sulanması ilə bərabər ağırlıq da artıb, yolda 5-6 metrlik hissədə çatlar əmələ gəlib”.

A. Nəcəfli bildirib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində sürüşmə baş verən hissədə, yamacda bərkitmə işlərinin başa çatmasını gözləyirlər: “Bərkitmə işləri başa çatandan sonra yolun hər iki hissəsində bərpa işləri həyata keçiriləcək. Ümumiyyətlə, yaşıllıq təpəcikləri oradan yığışdırılacaq və yolun bərpası həyata keçiriləcək. Hazırda yolda avtonəqliyyat vasitələrinin hərəkətində heç bir problem və təhlükə yoxdur”.

Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb.

Xatırladaq ki, yolun kənarında yaşıllıq təpəcikləri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən inşa edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub