Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6436

Digər sorğular

İlhamə Quliyeva ölüm səbəbi açıqlandı - RƏSMİ - YENİLƏNİB

17:25  |    25 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Hazırda prokurorluq əməkdaşlarının olay yerinə gəlib ekpertiza aparmaları gözlənilir.

Hazırda İlhamə Quliyevanın dünyasını dəyişdiyi evin önündə olan jurnalistlərə açıqlama verən Əli Mirəliyev deyib ki, xalq artisti ürək çatışmazlığından vəfat edib. Müğənni deyib ki, səhər saatlarında vəziyyəti pisləşən İ.Quliyevanın üzərinə təcili yardım çağrılıb. Lakin həkimlər onu həyata qaytara bilməyib. Hazırda prokurorluq əməkdaşlarının olay yerinə gəlib ekpertiza aparmaları gözlənilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də Lent.az-a bildirilib ki, bu gün İ.Quliyevanın köməkçisi təcili yarıdma zəng edib. Səhər saat 10:30-da təcili yardım maşını İ.Quliyevanın evinə çatıb. Onun ölümü ilə bağlı ilkin olaraq ürək çatışmazlığı diaqnozu qoyulub.

**
10:34
APA-nın xəbərinə görə, xalq artistinin vəziyyəti bu gün səhər qəflətən pisləşib.

Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İ. Quliyeva dünyasını dəyişib.
**
12: 24

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib.

Bu barədə Lent.az-a onun qohumu, müğənni Əli Mirəliyev məlumat verib. Xalq artistinin telefon nömrəsinə zəng edən Lent.az əməkdaşına Əli Mirəliyev cavab verib. O belə deyib: "İlhamə xanım artıq yoxdur".

İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

Qeyd edək ki, bu barədə ilk xəbəri Sputnik.az saytı yazıb.

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.08.2019
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları ilə fəxr edirəm"
18.08.2019
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
18.08.2019
Sabahın HAVA PROQNOZU
18.08.2019
Anar Kərimova ağır itki
17.08.2019
Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər