Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6592

Digər sorğular

MTN generallarının işgəncə və şantaj videoları aşkarlanıb

17:00  |    25 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Eldar Mahmudovun və general Akif Çovdarovun malikanələrində aparılmış axtarış zamanı əməliyyat-istintaq qrupunun üzvləri çoxsaylı videodisklər də aşkar ediblər.

QAZİLER.AZ-ın haqqin.az-a istinadən xəbərinə görə, məlum olub ki, bu CD-lərin bir çoxunda Bakıda keçmiş nazirə və onun mütəşəkkil qruplaşmasına daxil olan şəxslərə bağlı əyləncə-istirahət mərkəzlərində, otellərdə və restoranlarda çəkilmiş şantaj videoları var. Belə ki, əksəriyyəti intim xarakterli olan həmin videoların köməyi ilə imkanlı şəxslər, iş adamları, məmurlar MTN-dəki qruplaşma tərəfindən şantaj olunaraq onlardan böyük məbləğlərdə pul alınırmış.

Lakin istintaq həmin videoşantajların qurbanlarını zərərçəkən qismində istintaqa cəlb etməkdə çətinliklər çəkir. Çünki məlum səbəblərən onlar istintaqa müraciət edib Çovdarovun, Mahmudoun və digərlərinin əməllərindən şikayət etmək istəmirlər.


O da məlum olub ki, aşkarlanan CD-lərin arasında Çovdarov-Mahmudov bandasının qurbanlarına işgəncələrin verilməsini əks etdirən videolardan ibarət olanları da var. Bir qayda olaraq bu qruplaşma tora saldıqları qurbanlarını tələb olunan məbləği vermək üçün yola gətirə bilməyəndə dəhşətli işgəncələrə məruz qoyurdu və bu səhnələr işgəncə otaqlarında quraşdırılmış gizli videokameralarla lentə alınırdı. Mənbələr bildirir ki, söhbət Çovdarovun gizli həbsxana kimi istifadə etdiyi məkanlarda çəkilmiş işgəncə görüntülərindən gedir.

Məlumata görə qruplaşma Bakının bir çox məşhur otel və restoranlarında, priton kimi istifadə edilən məkanlarında sahiblərini təhdid etməklə gizli kameralar quraşdırıbmış. Habelə Bakının bahalı şadlıq saraylarında keçirilən dəbdəbəli toy mərasimlərinin CD-ləri də Çovdarovun malikanələrindən aşkarlanan videokompromatlar sırasındadır. Görünür qruplaşma həmin toyların videokadrlarına baxmaqla ovlamaq üçün imkanlı şəxsləri seçirmiş.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.12.2019
Prezident Şamaxıda zəlzələdən sonra tikilən evdə qonaq oldu - FOTOLAR
05.12.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində QHT-lərlə görüş keçirilib
05.12.2019
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
05.12.2019
Dekabr ayında nazirlik əlavə 8 növ “e-arayış” xidmətini də istifadəyə verəcək
05.12.2019
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib