Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6436

Digər sorğular

Müdafiə Nazirliyi Xocalı ilə bağlı film çəkdi

16:39  |    25 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan sənədli televiziya filmini təqdim edib.

MN-dən QAZİLER.AZ-a verilən məlumata görə, filmdə Xocalının qədim tarixindən, orada aparılan arxeoloji qazıntılardan və şəhərin 1991-ci ilin noyabrında mühasirəyə düşməsindən soyqırıma qədər olan dövrdən danışılıb.

Xocalı sakinləri fevralın 26-da erməni qüvvələri və Rusiyanın 366-cı alayının hərbi birləşmələri tərəfindən başlarına gətirilən müsibəti danışıblar.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücuma keçib.

Dəhşətli soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.08.2019
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları ilə fəxr edirəm"
18.08.2019
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
18.08.2019
Sabahın HAVA PROQNOZU
18.08.2019
Anar Kərimova ağır itki
17.08.2019
Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər