Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Əlillik müayinələrinin nəticələrini elektron öyrənmək mümkündür

16:25  |    25 Fevral 2016  |   E-mail  |  Çapa göndər

“Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən 16585 dəfə istifadə qeydə alınıb.

ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ -a verilən məlumata görə, vətəndaşların bu e-xidmətdən istifadə proseduru olduqca sadələşdirilib. Belə ki, bunun üçün heç bir autenfikasiya vasitəsinə ehtiyac yoxdur. Yəni istənilən şəxs “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidməti seçməklə, müvafiq bölmələrdə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etməklə aidiyyəti məlumatı rahat şəkildə əldə edə bilir. Bu zaman vətəndaşa keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) ilə bağlı məlumat verilir.

Həmçinin bu istiqamətdə işlərin davamı kimi əlillik müayinəsinin nəticəsi barədə məlumatın sadəcə telefon vasitəsilə, nazirliyin 142-“Çağrı mərkəzi”nə zəng etməklə daha asan şəkildə əldə oluna bilməsinə də imkan yaradılıb. Belə ki, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığdıqdan sonra, özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edərək, aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat ala bilər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib