Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6609

Digər sorğular

Azərbaycan İstiqlal Muzeyi “Cəzasız cinayət” adlı tədbir təşkil etdi

21:12  |    24 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə, fevralın 23-də Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamına uyğun olaraq Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarixi Muzeyi birgə Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunmuşdur.


Tədbirdə Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətin Xocalı soyqırımına həsr etdiyi “XX əsrin faciəsi - Xocalı” adlı rəsm əsərinin təqdimatı keçiriləcək.
Ə.Heybət 1951-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra Tbilisi Rəssamlıq Akademiyasında, daha sonra isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya oyunlarının bədii tərtibatında iştirak edən rəssam, Moskvada fəaliyyətini davam etdirərək, böyük uğur qazanır. Ə.Heybət çox geniş diapozona malikdir. O, portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, iri həcmli monumental əsərlərin də müəllifidir.

Əşrəf Heybət Rusiya Federasiya Rəssamlıq Akademiyasının həqiqi, bu ölkənin Rəssamlar İttifaqının, UNESCO-nun Rəssamlar Federasiyasının, Almaniya Rəssamlar Birliyini üzvü, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.
7 il öncə Əşrəf Heybətin yaratdığı “XX əsrin faciəsi- Xocalı” adlı pannonun təqdimatı Berlində baş tutmuşdur. Ölçüsü 2,5×1 metr olan diptixdə müəllif Azərbaycan xalqına qarşı soyqırımın bütövlükdə bəşəriyyətə yönələn cinayət xarakterini açmağa müvəffəq olmuşdur. Bədii obrazlar vasitəsilə faciənin bütün dəhşətlərinin əks olunduğu əsərdə əsasən sənətkar parlaq qırmızı, qatı qara rənglərdən və xəttlərdən istifadə etmişdir.

2008-ci ildə Ə.Heybət 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar - Bakı” pannosu, 2016-cı ildə isə Xocalı faciəsinə həsr olunmuş diptixi Azərbaycan İstiqlal Muzeyinə hədiyyə verilmişdir.

Tədbirdə “Günay Uşaq Teatrı” tərəfindən hazırlanan, şairə, publisist, AzərTac-ın müxbiri Zərərgiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş, Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və Dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Əməkdar Elm xadimi, tarix elmləri doktoru, Moskvada yerləşən “Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikli, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Xalq rəssamı, professor Ağəli İbrahimov, Prezident Aparatının diasporla iş üzrə şöbəsinin müdiri Qafar Əliyev, BMT üzrə Evroasiya Fondu İnstitutunun direktoru Ümid Mirzəyev çıxış etdilər.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, elm xadimləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın, Sərhəd Qoşunların şəxsi heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və digər qonaqlar iştirak etdilər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2019
Milli Qəhrəman ailəsinə üçotaqlı mənzil verilib
14.12.2019
Seyfulla Mustafayev: "102.1 Çingiz Mustafayevin adını daşıyan radionu bloklayacaq"
14.12.2019
Parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
14.12.2019
Bazar gününə olan hava proqnozu
14.12.2019
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib