Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6609

Digər sorğular

Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyinin direktoru Bakıdadır

20:50  |    24 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyinin direktoru Mattias Vemhoffun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Ə.Qarayev ümumilikdə Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud səviyyəsindən razılığını ifadə edərək, gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etdi.

Azərbaycanın təşəbbüsü ilə 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd ediləcəyini bildirən nazir bu hadisənin iki xalq arasında olan münasibətlərin qədimiliyinin göstəricisi olduğunu bildirib.

Görüşdə iki xalqın mədəniyyətində müəyyən əlaqələrin müxtəlif sahələrdə əks olunduğu vurğulanıb və əməkdaşlığın bundan sonra da inkişafına inam ifadə edilib.

Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyi ilə Azərbaycan mütəxəssisləri ilə birlikdə Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin tədqiqi mövzusuna toxunan Ə.Qarayev ölkəmizin işğal altında olan ərazilərində məhv edilən abidələr barədə qonaqlara məlumat verib, nümayəndə heyətinin səfərinin məhz Xocalı soyqırımının ildönümü ərəfəsinə təsadüf etdiyini qeyd edib. Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti coğrafiyasının bir hissəsinin Ermənistan tərəfindən işğal edilmiş əraziləri əhatə etdiyindən tədqiqat işlərinin aparılmasına müəyyən çətinliyin olacağı bildirilib.

M.Vemhoff Azərbaycanda ilk dəfə olduğunu vurğulayaraq bu ölkədən və xalqın qonaqpərvərliyindən məmnunluğunu ifadə edərək səmimi qəbula görə Ə.Qarayevə özü və rəhbərlik etdiyi Muzey adından dərin təşəkkürünü bildirib.

Görüşün sonunda gələcəkdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Almaniyanın Berlin Milli Muzeyi arasında niyyət protokolunun imzalanması barədə razılıq əldə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2019
Milli Qəhrəman ailəsinə üçotaqlı mənzil verilib
14.12.2019
Seyfulla Mustafayev: "102.1 Çingiz Mustafayevin adını daşıyan radionu bloklayacaq"
14.12.2019
Parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
14.12.2019
Bazar gününə olan hava proqnozu
14.12.2019
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib