Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6436

Digər sorğular

Poçt işçiləri treninqlərə cəlb olunublar

20:20  |    24 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, poçt işçiləri ünvanlı sosial yardım üçün elektron müraciət edilməsi sahəsində əhaliyə xidmətin təşkili üzrə treninqlərə cəlb olunublar.

Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqi ilə bağlı görülən işlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri üzrə poçt şöbələrinin əməkdaşları üçün treninq keçirilib.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə dövlət başçısının 23 fevral 2015-ci il tarixli Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb:

“Artıq ünvanlı dövlət sosial yardımı üçün müraciət və yardımın təyin olunması prosesi "Elektron Hökumət" portalı üzərindən daha sadə və çevik olacaq.

Vətəndaşın orta aylıq gəliri, xərcləri, ümumi maddi-məişət şəraiti onun müraciətindən əvvəlki son 12 ay üzrə 20-dən artıq dövlət qurumunun informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla ətraflı qiymətləndiriləcək.
Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciətin edilməsi üçün bütün poçt şöbələrində zəruri texniki imkanların yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Belə ki, ilkin mərhələdə Bakı şəhəri üzrə 30 poçt şöbəsində, 40 rayonun isə mərkəzi poçt şöbələrində infoköşklər quraşdırılması üçün müvafiq işlər aparılır. Hazırda Bakı şəhəri mərkəzi poçtamptında belə bir infoköşk fəaliyyət göstərir”. E.Vəlizadə yeni sistemin uğurlu icrası üçün nazirlik tərəfindən işlərin davamlı aparılacağını bildirib.

Qeyd edək ki, bu gün internetə çıxışı olan hər bir şəxs kompüter, mobil cihazlar vasitəsilə "Elektron Hökumət" portalı www.e-gov.az üzərindən bu xidmətdən yararlana bilərlər.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının uğurlu icrası olaraq, ünvanlı dövlət sosial yardımı üzrə VEMTAS-ın tətbiqinə başlanıldığını vurğulayıb: “Bu yeni sistem ünvanlı dövlət sosial yardımı üçün müraciətin edilməsi və yardımların təyinatı, habelə yardım təyin olunub-olunmaması barədə vətəndaşların məlumatlandırılması prosesinin məmur müdaxiləsi olmadan, tam avtomatlaşdırılmış və şəffaf şəraitdə həyata keçirilməsini şərtləndirir. Ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar və s. vasitəsilə “Elektron hökumət” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet saytında (www.mlspp.gov.az) “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət edə bilərlər. Eyni zamanda, alternativ variant kimi, yəni elektron müraciət etməkdə hər hansı çətinliklə üzləşən vətəndaşlara poçt şöbələrində də ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət etmək imkanı yaradılıb. Bu məqsədlə poçt şöbələrində komputer və vətəndaşlara müvafiq texniki köməklik göstərilməsi üçün işçi ayrılıb. Həmin əməkdaşların bu sahədə əhaliyə xidmətin təşkili baxımından müvafiq bilik və bacarıqlara yiyələnmələri vacib məsələlərdən biridir. Hazırda keçirilməsinə başlanılan treninqlər də məhz bu məqsədə xidmət edir”.



Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin, vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət edilməsi, poçt şöbələrində bu sahəyə məsul şəxslərin üzərinə düşən vəzifələr barədə ətraflı praktik izahatlar verib. E.Məcidov həmçinin treninq iştirakçılarının suallarını da cavablandırıb. Treninqdə test tapşırıqları əsasında iştirakçıların bilik və bacarıq səviyyələrinin yoxlanılması işləri də aparılıb.

Respublikamızın bütün bölgələrində poçt şöbələrinin əməkdaşları üçün treninqlərin təşkil olunması nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.08.2019
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları ilə fəxr edirəm"
18.08.2019
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
18.08.2019
Sabahın HAVA PROQNOZU
18.08.2019
Anar Kərimova ağır itki
17.08.2019
Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər