Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6609

Digər sorğular

Salyan və Tovuz rayonlarının kəndlərinə qaz verilib

19:33  |    24 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Fevralın 24-də Salyan və Tovuz rayonlarının daha 2 kəndinə təbii qazın verilişi bərpa edilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Salyan rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 200 abonenti olan İkinci Varlı kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 20 220 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Tovuz rayonunun Hacıhəsənli kəndinə də təbii qazın verilişi bərpa edilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, 116 abonentlik kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 11 547 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2019
Milli Qəhrəman ailəsinə üçotaqlı mənzil verilib
14.12.2019
Seyfulla Mustafayev: "102.1 Çingiz Mustafayevin adını daşıyan radionu bloklayacaq"
14.12.2019
Parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
14.12.2019
Bazar gününə olan hava proqnozu
14.12.2019
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib