Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6436

Digər sorğular

BDU-da Xocalı faciəsinin 24-cü ildönümü anılıb

20:20  |    24 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Bakı Dövlət Universitetində (BDU) Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, universitetin foyesində Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin sərgisinə baxışla başlayan tədbir işini böyük akt zalında davam etdirib.

Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru, akademik Abel Məhərrəmov Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, ən qəddar və amansız terror hadisələrindən olan Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər.

Rektor deyib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıblar. A.Məhərrəmov Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun Rusiya nümayəndəliyi tərəfindən bu siyasətin uğurla həyata keçirildiyini qeyd edib.

Rektorun çıxışından sonra Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin xatirələri dinlənilib.

Sonra tələbələrin Xocalı soyqırımı ilə əlaqədar hazırladığı səhnəcik və videoçarx nümayiş etdirilib. Daha sonra əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramovun ifasında Xocalı haqqında şeirlər dinlənilib.

Sonda tələbələrin dünya ictimaiyyətinə müraciəti təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.08.2019
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları ilə fəxr edirəm"
18.08.2019
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
18.08.2019
Sabahın HAVA PROQNOZU
18.08.2019
Anar Kərimova ağır itki
17.08.2019
Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər