Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6527

Digər sorğular

Bilik Fondunda “Qardaşlaşmış məktəblər“ layihəsinin yekunları müzakirə olundu

20:13  |    24 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Beynəlxalq Multikulturalizm Qış Məktəbinin və “Qardaşlaşmış məktəblər” layihəsinin yekunlarına dair toplantı keçirilib.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, toplantıda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin məsləhətçisi Sərraf Hüseynov, Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlar iştirak ediblər.

“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş - 2016” Beynəlxalq Multikulturalizm Qış Məktəbinin və “Qardaşlaşmış məktəblər” layihəsinin gedişi, ölkə mediasında işıqlandırılması, xarici və yerli tələbələrin, həmçinin məktəblilərin tədbirlərdə, mühazirələrdə və ekskursiyalarda iştirakı, Fondun əməkdaşlarının fəaliyyəti geniş müzakirə olunub. Multikulturalizm ilində belə tədbirlərin keçirilməsinin əhəmiyyəti və layihələrin davamlılığının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, sözügedən layihələr çərçivəsində xarici ölkə məktəblilərinin və tələbələrin Azərbaycana səfəri onlara ölkəmizin mədəniyyəti və həyat tərzi ilə yaxından tanışlığa, xalqımızın tolerantlıq ənənələri və multikultural dəyərlərə verdiyi önəmin şahidi olmağa imkan yaradıb.

Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fevralın 8-dən 16-dək “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş - 2016” Beynəlxalq Multikulturalizm Qış Məktəbi, fevralın 13-dən 16-dək isə “Qardaşlaşmış məktəblər” layihəsi həyata keçirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.10.2019
Prezident İlham Əliyev: "Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək"
23.10.2019
Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib
23.10.2019
Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə təsdiqlənib - SƏRƏNCAM
23.10.2019
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib - FƏRMAN
23.10.2019
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib