Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6889

Digər sorğular

İzmirdə Qənirə Paşayevanın kitabının təqdimatı olub

19:56  |    24 Fevral 2016  |   E-mail  |  Çapa göndər

İzmirdə Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının təqdimatı və imzalanma mərasimi olub.

Lent.az-ın məlumatına görə, Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkil etdiyi təqdimat və imzalanma mərasimində iştirak edən valilik, bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər kitabın önəmi ilə bağlı fikirlərini bölüşüblər.

Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib.

Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan Qənirə Paşayeva bildirib ki, çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər. "Qarabağ problemi harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir" deyən Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb. Q. Paşayeva tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb.
Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı iyirminci yüz ildə dünyanın gözü önündə ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.05.2020
26 illik nazirin həzin sonu - VİDEO
19.05.2020
Xalq artisti ölüm xəbərini yayanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”
13.05.2020
Emin Ağalarov ikinci həyat yoldaşından da ayrıldı - FOTO
11.05.2020
20 il əvvəl dünyasını dəyişmiş aktyoru efirə dəvət etdilər - Rüsvayçılıq
10.05.2020
“Den Pobedı” mahnısı Azərbaycan dilində ifa edildi