Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Nazirlik Qazax və Ağstafada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə evlər paylayıb

22:00  |    23 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax və Ağstafa rayonlarında yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax rayonunda 8 ədəd, Ağstafa rayonunda isə 4 ədəd olmaqla, ümumilikdə 12 ədəd yeni fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verib.



Evlərin təqdim olunması tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Qazax və Ağstafa rayonları İcra Hakimiyyətlərinin məsul şəxsləri, əlil ictimai birliklərinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən N.Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinə xüsusi diqqət və qayğısının həmin insanların rifah halının yaxşılaşdırılması, habelə yeni mənzillərlə təminatı istiqamətində məqsədyönlü tədbirlərin ildən-ilə gücləndirilməsinə şərait yaratdığını vurğulayıb: “Ötən il Tərtər rayonunda 54 mənzilli yaşayış binası, müxtəlif rayonlarda 82 ədəd fərdi yaşayış evi, hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilmiş 145 ədəd mənzil istifadəyə verilməklə, ümumilikdə 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Ölkəmizdə bütün sosial proqramların icrası, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir və cari ilin əvvəlindən artıq 22 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilib”.



Nazir müavini bildirib ki, bu təbəqələrdən olan insanların maddi təminatları da mütəmadi olaraq gücləndirilir. Bu istiqamətdə növbəti addım kimi, dövlət başçısının 16 yanvar 2016-cı il tarixli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib. 19 yanvar 2016-cı il tarixli Fərmanla isə müharibə əlillərinə Prezidentin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılmaqla, bu təbəqədən olan I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb.



Tədbirlərdə yerli ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara, habelə bu döyüşlərdə şəhid olmuş insanların ailələrinə dövlət qayğısının artmasının bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıblar. Fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edilmələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra tədbirlərin iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib