Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6609

Digər sorğular

Dini liderlərdən Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT

16:50  |    24 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr və Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev Xocalı soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:

“Azərbaycan şəhəri Xocalıda törədilmiş soyqırımın 24-cü ildönümü ərəfəsində biz növbəti dəfə dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə müraciət edirik. Əminik ki, elə bir xalq, elə bir din ola bilməz ki, ümumbəşəri mənəvi dəyərlərə zidd olan zorakılıq, qətl, təcavüz kimi qeyri-insani cinayət əməllərinə haqq qazandırsın. Ermənilərin Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi olub. Tarixi reallıq kimi Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş qətliamların bir rəmzidir! Təəssüf ki, iyirmi ildən artıq müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərini bu günədək yerinə yetirməyiblər. Azərbaycanın illərdir beynəlxalq ictimaiyyətə etdiyi müraciətlərə istinadən, dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı soyqırımını tanısa da, Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət davam etməkdədir”.

Müraciətdə qeyd olur ki, dünya azərbaycanlılarının dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında önəmli rol oynayır: “Dünyanı hal-hazırda bürüyən miqrant böhranı Azərbaycanın vaxtı ilə üzləşdiyi bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının hesabının sorulmamasının fəsadlarıdır. O zamanlar Azərbaycan məcburi köçkün soydaşlarımızın sosial problemlərini öz imkanları daxilində həll edə bildi və bu, dövlətimizin mənəvi gücünün bariz nümunəsi oldu. Üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara və İnsan hüquqları üzrə Avropa Məhkəməsinə tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırırıq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2019
Milli Qəhrəman ailəsinə üçotaqlı mənzil verilib
14.12.2019
Seyfulla Mustafayev: "102.1 Çingiz Mustafayevin adını daşıyan radionu bloklayacaq"
14.12.2019
Parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
14.12.2019
Bazar gününə olan hava proqnozu
14.12.2019
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib