Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

OPEC Amerika neftini məğlub edə bilməyəcək

21:47  |    23 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Təhlilçinin firkincə, Amerikanın şist və Kanadanın “qum nefti” 2017-ci ilin sonlarında hazırkı qiymət düşümü dayanarkən, “nərildəyək” bazarda hegemonluq edəcək. O bunu şist nefti qiymətlərinin adətən qalxan, enən və yenidən qalxan sxem üzrə bahalaşıb-ucuzlaşması ilə izah edib.


ABŞ Rusiya və OPEC-i ötəcək

Beynəlxalq Energetika Agentliyinin (BEA) başçısı deyib ki, ABŞ şist nefti indiyədək gözlənilməyən bir əzmlə rəqabətə tab gətirib.
Beynəlxalq Energetika Agentliyinin (BEA) başçısı Neil Atkinson deyib ki, ABŞ-ın neft inqilabının səngiyəcəyini düşününlər yaxşıca düşünməlidirlər. O bildirib ki, ABŞ şist nefti indiyədək gözlənilməyən bir əzmlə rəqabətə tab gətirib.
BEA-nın proqnozuna görə orta müddətdə, qarşıdan gələn 5 ildə, ABŞ neft hasilatı təkcə bu il günə 600 min barrel, gələn il isə 200 min barrel azalacaq. Bu ona görə baş verəcək ki, məhz bu müddətdə “şist” quyuları nəhayət tam gücü ilə işləməyə başlayacaq.
Lakin şist nefti növbəti 6 ayın ərzində adi neft layihələrindən daha tez dirçələcək. Neft qiymətləri bir barrel üçün 60 dollara çatanda, 2021-ci ildə şist neftinin hasıilatı günə 5 milyon barrelə çatacaq.
Bu, ümumilikdə ABŞ neftinin və başqa maye yanacağının hasilatını günə 1, 3 milyon barrel artıraraq 14, 4 milyon barrelə çatdıracaq. Bu ağlasığmaz nəticə istər Səudiyyə, istərsə də Rusiyanın hasilatını xeyli geridə buraxacaq.

Beləsindən olmayıb

OPEC-in baş katibi Abdalla əl-Badri deyib ki, o karyerası ərzində neft qiymətlərinin 6 dəfə enmə-qalxmasının şahidi olub, lakin əvvəlki dəyişmələr zamanı ABŞ-ın şist neftinin bu səviyyədə istehsalı olmayıb və məhz buna görə də indiki sikl olduqca narahatedicidir. Bununla yanaşı, “The Telegraph” qəzetinin yazdığına görə, cənab əl-Badri “ağzından qaçlırıb” ki, OPEC və ABŞ-ın şist sənayesi dinc yanaşı yaşaya bilməyəcklər və böyük bir ehtimalla üstünlük şist neftində olacaq.

Bütün geniş yayılmış proqnozlara rəğmən, BEA-nın proqnozuna görə OPEC klubu bazarları itirəcək, çünki 2020-ci illərədək Əlcəzair, Venesuela, Nigeriya və İndoneziyanın hasilatı azaldıqca Şimali Amerika və Braziliyanın neft hasilatı yüksəlişdə olacaq. İranın günə 5 milyon barrel hasilat proqnozlarına gəlincə isə, hesabat bunu sadəcə olaraq “arzu” adlandırır və bildirir ki, İran əslində bazara 3, 6 milyon barrel çıxaranda axsamağa başlayacaq. Bu ona görə baş verəcək ki, İran mədənlərinin əksəriyyəti 70 illik tarixə malikdir və təkmil texnologiyalar tətbiq edilmədən hasilatı qaldırmaq mümkün olmayacaq.

Hesabata görə OPEC-in tənəzzülü elə bir vaxta təsadüf edəcək ki, neftə tələb hər il günə 1, 2 milyon barrel artaraq 2020-ci ilədək 100 milyon barrelə çatacaq. BEA-nın hesabatında deyilir ki, OPEC-in ABŞ neftini boğmaq məqsədilə bazarı daşırmaq siyasəti baş tutmayacaq. Hesabata görə, OPEC-in belə bir siyasəti onun özü üçün baha oturacaq. Kartelin illik neft gəlirləri artıq 1,2 trilyon dollardan 400 milyard dollara düşüb və bunda ilk növbədə OPEC-in özü günahkardır.

Bu da qeyd olunur ki, Amerika şistinin çökəcəyinə ümid edənlər quyu sayının 1500-dən 440-a düşməsinə göz qoyurdular. Lakin bununla yanaşı hasilat gözlənildiyi sürətlə azalmayıb (BBC).
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Erməni nazir Türkiyə ilə bu məsələdə razılığa gəldi
21.09.2019
İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir
21.09.2019
S-400, yoxsa “Patriot”?
21.09.2019
ŞOK İDDİA: Tramp 7,5 saniyəyə dünyanın sonunu gətirə bilər
20.09.2019
Ərdoğan İmamoğlunun işdən çıxardığı şəxsə vəzifə verib