Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin qəbulu ölkəmizin sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının daha da artırılmasına əlavə imkan yaradacaqdır.

Dürüstləşdirilmiş büdcə layihəsində Fondun gəlir və xərclərinin 3307,4 mln. manat proqnozlaşdırıldığını qeyd edən E.Mehdiyev bildirib ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 mln. manat və ya 7,4 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun sədri məlumat verib ki, gəlirlərin gözlənilən artımının 82,8 mln. manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar (transfert) hesabına təmin ediləcəkdir. «2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3239 mln. manat nəzərdə tutulur, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 mln. manat çoxdur».
E.Mehdiyev onu da bildirib ki, əmək pensiyalarının ödənişi xərcləri 3136,1 mln. manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 mln. manat artımla proqnozlaşdırılır. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq, bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınmışdır.
Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulmuşdur. Müavinətlərin ödənişi xərcləri 102,9 mln. manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17,5 faiz və ya 15,3 mln. manat artımla nəzərdə tutulub.
Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərində 0,9 mln. manat və ya 4,5 faiz artım nəzərdə tutulmuş, bu istiqamət üzrə xərclər 20,1 mln. manat ilkin məbləğə qarşı 21,0 mln. manat həcmində proqnozlaşdırılmışdır.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər