Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6436

Digər sorğular

Siyavuş Novruzov nazirləri parlamentə ÇAĞIRDI

17:57  |    23 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov hökumət üzvlərini tənqid edib.

APA-nın məlumatına görə, 2016-cı il büdcəsinin yenilənməsinin müzakirəsi zamanı S. Novruzov deyib ki, iqtisadiyyat, təhsil, kənd təsərrüfatı və digər sahələri təmsil edən nazirlər bu gün iclasda olmalıdırlar.

O qeyd edib ki, bu nazirlərdən kimsə ezamiyyətdədirsə, müavinləri burada olmalıdır: “Bugünkü iclasda büdcəyə yeniliklər, xərclər müzakirə olunur. Hamı ölkədə bu gün büdcə ilə maraqlanır. Maliyyə naziri Samir Şərifov burada çıxış etdi, xərclər barədə məlumat verdi. Amma bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki, ancaq onlar iştirak etsin. Hamının o nazirlərə sualı var. Mənim də sualım var. Amma burda yoxdurlar deyə, verə bilmirəm. Dövlət başçısı bizim qarşımızda yeni tələblər, vəzifələr qoyur. Onların bu cür yanaşması, bu müzakirələrdə iştirak etməməsi, büdcə ilə maraqlanmaması bu mənada düzgün deyil”.

O, spiker Oqtay Əsədova müraciət edərək, iclasın gedişi ərəfəsində o nazirlərin iclasa çağırılması məsələsini qaldırıb.

O. Əsədov isə bildirib ki, deputatın tələbi aidiyyəti üzrə çatdırılacaq: "Amma nəzərə alın ki, onların bəziləri cənab prezidentlə birgə İranda səfərdədir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.08.2019
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları ilə fəxr edirəm"
18.08.2019
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
18.08.2019
Sabahın HAVA PROQNOZU
18.08.2019
Anar Kərimova ağır itki
17.08.2019
Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər