Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6436

Digər sorğular

Beynəlxalq Avrasiya Mətbuat Fondunun BMT-yə ünvanladığı etiraz bəyanatı qəbul olunub

17:07  |    23 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Mətbuat Xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, Fondun (BAMF) sədri Umud Rəhimoğlunun Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar İspaniya hökumətinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramı tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun sədri cənab Paloma Duran və BMTİP-nin rəhbəri xanım Helen Klarka ünvanladığı etiraz bəyanatından sonra təşkilatın saytında mövcud olan xəritə dərhal götürülüb.

Dayanıqlı İnkişaf Məqsədləri Fondunun (http://www.sdgfund.org/current-programmes) rəsmi internet səhifəsində dərc edilmiş xəritədə Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər yeddi rayonunun adları (Cəbrayıl rayonunun Djrakan, Zəngilan rayonu Kovsakan) erməni dilində və ermənicə təqdim edilmişdir.

Xoşa gəlməyən bir məsələdir ki, BMT qurumunun rəsmi vebsaytında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin adları erməni dilində və erməni əlifbası ilə verilir.

Məlumat üçün qeyd edək ki, ünvanlanmış bəyanatda Dağlıq Qarabağın rayonlarının, müxtəlif kənd və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən adlarının dəyişdirilərək erməni dilində və ermənicə təqdim edilməsi işğal faktoruna və işğalın səbəb olduğu ədalətsizliklərə haqq qazandırdığını səbəb gətirərək BAMF BMT qurumunun yaydığı rəqəmsal xəritədə gedən yanlışlıqların aradan qaldırılması tələb etmişdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.08.2019
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları ilə fəxr edirəm"
18.08.2019
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
18.08.2019
Sabahın HAVA PROQNOZU
18.08.2019
Anar Kərimova ağır itki
17.08.2019
Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər