Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6883

Digər sorğular

Gənc Qan Donorlarının Qış Məktəbi başa çatdı

17:30  |    23 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Talassemiya Federasiyasından QAZİLER.AZ-a verilən məlumata görə, fevralın 22-də Respublikada gənclər arasında qan donorluğunun aşılanması eyni zamanda inkişafına dəstək məqsədi ilə “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə Cəlilabad Rayonu İcra Hakimiyyətinin, Mərkəzi Qan Bankının və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə “Gənc Qan Donorlarının qış məktəbi - Cəlilabad 2016” layihəsi keçirilib.

Azərbaycan Talassemiya Federasiyasının mətbuat xidmətinin məlumatına görə, layihənin açılış mərasimi Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində təşkilatçıların və layihə iştirakçılarının eyni zamanda rayon ictimaiyyəti, ölkədə fəaliyyət göstərən səhiyyəyə yönümlü QHT nümayəndələrinin iştirakı ilə baş tutub. Açılış mərasimində iştirak edən Cəlilabad Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Dövlətov, rayonun icra başçısı Əziz Əzizovun salamlarını çatdırıb və uğurlar arzulayaraq Cəlilabadın hər zaman cəmiyyətimizə faydalı olan və gənclərin inkişafına dəstək olacaq layihələrə ev sahibliyi etməsinə hazır olduğunu bildirib.
Daha sonra layihə rəhbəri Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov layihənin mahiyyəti haqqında geniş məlumat verib və təşkilatçılar adından Cəlilabad Rayonu İcra Hakimiyyəti başçısı Əziz Əzizova respublikada qan donorluğunun inkişafına göstərdiyi dəstəyə görə təşəkkürnamə təqdim olunub.
Layihədə iştirak edən Mərkəzi Qan Bankının baş həkiminin müavini Namirə Abbasova ölkədə qan donorluğunun vəziyyəti və bu istiqamətdə aparılan işlərdən danışıb.



Layihənin təşkilatçılarından olan Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsul talassemiya xəstəliyi haqqında təqdimat edərək qonaqları və layihə iştirakçılarını məlumatlandırdı və ölkədə korporativ donorluğun inkişafı istiqamətində federasiyanın prioritet fəaliyyəti haqda danışıb.



Layihənin rəsmi bağlanışından sonra layihə iştirakçıları 3 gün müddətində Cəlilabad rayon İdman kompleksində yaşayış yerləri ilə təmin olunub. Layihə müddətində gənclərin sağlam həyat tərzi mövzusunda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təlimçi ekspertləri Şəhla Mirzəzadə və Tofiq Musayev tərəfindən təlimlər təşkil olunub. Qarşılıqlı diskussiyalarla davam edən təlimlər zamanı donorlara qrup işləri tapşırılaraq onların ölkədə qan donorluğunun inkişafı istiqamətində görmək istədikləri təkliflər dinlənilib.



Layihənin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunaraq xatirə fotosu çəkilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO
22.05.2020
“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?