Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

Dövlət Sosial Müdafiə Fondu jurnalistlər üçün müsabiqə elan etdi

17:22  |    23 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü işlərin, həmçinin sığorta-pensiya sistemində aparılan islahatların Kütləvi İnformasiya Vasitələrində (KİV) daha geniş işıqlandırılmasının təmin olunması məqsədilə “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda müsabiqə elan edib.

QAZİLER.AZ xəbər verir ki, müsabiqəyə 23 fevral 2016-cı il tarixdən 23 mart 2016-cı il tarixədək mövzu üzrə qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır.

Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar 23 mart 2016-cı il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Dövlət Sosial Müdafiə Fondunun aparıcı mütəxəssislərindən ibarət yaradılmış Komissiyaya təqdim edilməlidir.

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:

Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə:

1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla üç yer.

Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə:

1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla iki yer.

Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat - cəmi 1500 manat məbləğində müəyyən olunub.

Komissiyaya Dövlət Sosial Müdafiə Fonduun sədr müavini Zakir Babayev rəhbərlik edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
Şöbə müdiri I Vitse Prezidentin tapşırığını niyə yerinə yetirmir? - ŞİKAYƏT
03.07.2020
Bu il özəl sektorda əmək müqavilələrinin sayı artıb
03.07.2020
İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib?
02.07.2020
Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib
02.07.2020
Ölkədə koronavirusdan sağalanların sayı 10 425 nəfərə çatdı