Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

ŞOK İDDİA: “Putin Ərdoğanı nüvə silahı ilə qorxudub“

17:00  |    23 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Məşhur amerikalı jurnalist Robert Perri şok iddia ilə çıxış edib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, 1980-cı ildə İranla bağlı məşhur skandalın (ABŞ-ın İrana satdığı silahın əslində Nikaraquaya göndərilməsi ilə bağlı xəbər) ortaya çıxmasında pay sahibi olan R.Perri bu dəfə Rusiya prezidenti Vladimir Putinlə bağlı iddianı ortaya atıb.

Bir vaxtlar “Asoşeyted Press”in Mərkəzi Amerika müxbiri olan və hazırda consortiumnews.com saytında çalışan jurnalist deyib ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəni nüvə silahı ilə təhdid edib: “Putinə yaxın bir mənbə mənə deyib ki, Rusiya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı Səudiyyə Ərəbistanı ilə birgə Suriyada quru əməliyyatlarına başlayacağı təqdirdə nüvə silahı ilə qorxudub. Rusiya hökuməti bu addımı atmağa və taktiki nüvə silahını işə salmağa hazırdır”.

Məşhur jurnalist nüvə silahının tətbiqinin dünyada böyük rezonanslar doğura biləcəyini və NATO-nun da buna adekvat cavab verə biləcəyini qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO
21.02.2020
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21.02.2020
Ermənistanı türklərdən biz qoruduq - Jirinovski
21.02.2020
Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı
20.02.2020
İraq İranla sərhədi bağladı - SƏBƏB