Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Sami Yusuf Azərbaycan barədə nələr dedi? - AÇIQLAMA

20:04  |    11 Mart 2015  |   E-mail  |  Çapa göndər

“9 il öncə Bakıya gəlmişdim. Amma çox istərdim ki, köhnə Bakını, əvvəlki binaları görüm”. Lent.az-ın məlumatına görə, bu sözləri ötən gün Bakıya gələn Azərbaycan əsilli tanınmış müğənni Sami Yusuf keçirdiyi mətbuat konfransında deyib. O, martın 14 və 15-də Heydər Əliyev sarayında verəcəyi konsertlə bağlı da danışıb:

“Bu Bakıya il səfərim deyil, Bakı dəyişib. Mən 9 il öncə gördüyüm Bakını çox bəyənmişəm. Xüsusən də şəhərin mərkəzində yerləşən çayxanaları qeyd edə bilərəm. Şəhər mənim üçün elə də təəccüblü deyil. Dünyanın bir çox ölkələrində olmuşam. Əsas insanlarınız çox mehriban və istiqanlıdır. Kaprizli müğənni deyiləm. Heydər Əliyev sarayında 2 gün konsertim olacaq. Öz musiqi dəstəmlə gəlməmişəm. Konsertdə məni azərbaycanlılar müşayiət edəcək. Konsertdə 19 mahnı oxuyacam. Aralarında Azərbaycan mahnıları da var. Gecədə “Sarı gəlin” mahnısını da ifa edəcəm. Bu mahnını uşaq yaşlarımdan eşitmişəm. Çox bəyənirəm.

S.Yusuf daha əlavə edib ki, Azərbaycanın tanınımış sənətçilərinin biri ilə layihə etmək istəyir: “Azərbaycanda istedadlı müğənnilər var. Lakin yenilərdən heç kimi tanımıram. Yalnız mərhum sənətkar Rəşid Behbudovun mahnılarını eşitmişəm. Çox istərdim ki, gələcəkdə hansısa azərbaycanlı müğənni ilə yeni layihə həyata keçirib, dünya turuna çıxaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür