Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6701

Digər sorğular

“WikiLeaks“-dən ABŞ-a dair şok ifşa

14:15  |    23 Fevral 2016  |   E-mail  |  Çapa göndər

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi gizli şəkildə dünya liderlərinin telefon danışıqlarını dinləyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məşhur WikiLeaks saytı məlumat yayıb.

Məlumata əsasən, Milli Təhlükəsizlik Agentliyi BMT baş katibi Pan Qi Mun ilə Almaniya kansleri Angela Merkel, İsrailin baş naziri Benyamin Netanyahu ilə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni, keçmiş Fransa prezidenti Nikolya Sarkozinin Merkel və Berluskoni ilə telefon danışıqlarını dinləyib.

Bundan əlavə, Avropa İttifaqına üzv dövlətlər və Yaponiyanın ticarət nazirlərinin Ümumdünya Ticarət Təşkilatı mövzusunda danışıqları da dinlənilib.

WikiLeaks-ə görə, BMT baş katibi ilə Almaniya kansleri iqlim dəyişikliyindən danışıblar. Benyamin Netanyahu ABŞ prezidenti Barak Obama ilə ünsiyyət qurmaq üçün Silvio Berluskonidən yardım istəyib. Nikolya Sarkozi isə İtaliya iqtisadiyyatının bərbad vəziyyətə düşəcəyi barədə Berluskonini xəbərdar edib. Bildirilir ki, bəzi sənədlər ən yüksək məxfilik dərəcəsinə malikdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2020
Azərbaycan mahnısı Özbəkistanda trendə çevrildi – Video
18.02.2020
Valentina Matviyenko: Rusiya Suriyada Türkiyə ilə əməkdaşlığı davam etdirəcək
18.02.2020
İrana daha bir ağır zərbə - Babolhani öldürüldü
18.02.2020
Donbasda müharibə alovlandı: Kiyev BMT-yə müraciət etdi
18.02.2020
Ukraynanın şərqində ağır döyüşlər gedir