Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6709

Digər sorğular

“Qazprom“ boğazımızdan yapışanda, dadımıza Azərbaycan çatdı“ - Saakaşvili

14:18  |    22 Fevral 2016  |   E-mail  |  Çapa göndər

"Gürcüstanın sabiq baş naziri Bidzina İvanişviliRusiyanın "Qazprom" yalan danışmaqda davam edir". "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixeil Saakaşvili "Rustavi 2" telekanalına müsahibəsində deyib.


"O iddia edir ki, Rusiyanın "Qazprom" şirkətinin səhmdarı deyil. Amma hamımız bilirik ki, o, "Qazprom"un əsas səhmdarlarından biridir. Bununla bağlı, İsveçrədə xüsusi hesabat açıqlanıb. Amma o hamını aldatmaqda davam edirdi. "Qazprom"un səhmdarı isə birbaşa olaraq Kremldən göstəriş alır. Belə olmasaydı, Rusiya KQB-si onu səhmdar olmağa imkan verməzdi", - deyə sabiq prezident bildirib.

Bundan sonra, M. Saakaşvili "Qazprom"un 2005-ci ildə Gürcüstana qaz nəqlini dayandırmasını xatırladıb: "Necə unutqan oldunuz?! 2005-ci ildə "Qazprom" boğazımızdan yapışarkən, dadımıza Azərbaycan çatdı. Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub, bizi qızdırdı. Ardınca biz Azərbaycanla müqavilə imzaladıq. Müqaviləyə əsasən, biz az qala dünyanın ən ucuz qazını alırıq. Bundan sonra yenə ölkəmizi dağıdanlarla işbirliyinə başlandı. Bundan sonra Azərbaycan bizim haqqımızda nə düşünməlidir? Bizim naşükür xalq olmağımızı? Lakin xalq yox, rəhbərlik naşükürdür".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
İranla əlaqəni kəsin, iranlıları ölkəyə buraxmayın - Saakaşvili
24.02.2020
Çində koronavirusdan ölənlərin sayı 2,5 min nəfəri ötdü
23.02.2020
Ermənistan da koronavirusa görə İranla sərhədini bağladı
23.02.2020
İranda daha bir güclü zәlzәlә oldu
23.02.2020
İranda yenə zəlzələ baş verdi