Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6478

Digər sorğular

Türkiyədə 1318 otel satışa çıxarılıb

21:33  |    21 Fevral 2016  |   E-mail  |  Çapa göndər


Ölkə turizmdən qazandığı pulun 7 milyard dollarını itirəcək

Son vaxtlar Türkiyədə baş verən terror aktları, Suriya ilə bağlı gərginlik, eləcə də bəzi digər siyasi qeyri-müəyyənliklər bu ölkənin iqtisadiyyatına böyük zərbə vurur. Lent.az “Cihan” xəbər agentliyinə istinadən xəbər verir ki, bu il Türkiyə təkcə turizm sektorundakı gəlirlərinin 7 milyard dollarını itirəcək. Halbuki 2014-cü ildə ölkə turizmdən 34,3 milyard, 2015-ci ildə isə 31,5 milyard dollar gəlir götürüb.

Bu il Türkiyədə sahil zonalarda yerləşən otellərə sifarişlər kəskin azalıb. Bu səbbədən də kredit borcu olan və proqnoz gəlirləri aşağı düşən yüzlərlə biznesmen obyektlərini satmaq qərarına gəlib. Egey və Aralıq dənizi sahillərində satışa çıxarılmış otellərin sayı birdən-birə 1318-ə çatıb. Mehmanxanalar arasında rusiyalı turistlərin sevimli istirahət yeri olan Antalyadakı obyektlər daha çoxdur.

İlkin hesablamalara görə, çoxu beşulduzlu olan bu otellərin ümumi dəyəri 30 milyard lirədir.

Bildirilir ki, İstanbulun Sultanəhməd meydanında almaniyalı turistləri hədəf alan və 11 alman turistin ölümünə səbəb olan terror aktı avropalıların da Türkiyəyə marağını azaldıb. Keçirilmiş sorğular da ruslarla yanaşı, alman və ingilis turistlərin Türkiyəyə marağının xeyli azaldığını göstərir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Ərdoğan İmamoğlunun işdən çıxardığı şəxsə vəzifə verib
20.09.2019
Rusiya “İsgəndər”lərini sınaqdan keçirdi
20.09.2019
Serqey Lavrov: “ABŞ kosmosa silah yerləşdirir”
20.09.2019
Ərdoğan kürdləri Trampdan ala biləcəkmi?
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi