Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Ruslar azərbaycanlı biznesmenin obyektini sökməyə başladı - VİDEO

20:52  |    21 Fevral 2016  |   E-mail  |  Çapa göndər


Əraziyə xüsusi texnika və avadanlıqlar gətirilib.

Bu gün səhər saatlarından başlayaraq Moskvada azərbaycanlı biznesmen Ramin Sultanlıya aid “Piramida” ticarət mərkəzinin söküntüsünə başlanılıb.

Qaziler.az bildirir ki, ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ticarət mərkəzinin sökülməsi üçün Tver küçəsinə xüsusi texnika gətirilib. Moskva meriyası mərkəzin qanunsuz tikinti olduğunu bildirib və bundan sonra R. Sultanlı binanı könüllü şəkildə özü sökmək qərarına gəlib.

Məlumata görə, artıq söküntü işlərinə başlanılıb, hasarlanmış əraziyə xüsusi texnika gətirilib və binanın sökülməsi üçün lazım olan avadanlıqlar hazır vəziyyətdədir.


Bir müddət əvvəl Moskvanın ticarət və xidmət departamentindən bildirmişdilər ki,”Pramida” ticarət mərkəzinin sahibləri qanunsuz hesab edilən bu binaları özləri sökmək niyyətindədirlər: “ Tikintilərin sahibkarlar tərəfindən könüllü sökülməsi vaxtı da onlar kompensasiyalarını ala bilərlər. Dövlət tərəfindən ödənişlər müraciət edilən tarixdən iki ay müddətinə həyata keçiriləcək”, -deyə idarənin nümayəndəsi bildirib.

Moskvanın ticarət və xidmətlər departamentin rəhbəri Aleksey Nemeryuk bildirib ki, ticarət mərkəzinin sökülməsi üçün üç gün lazım ola bilər: “Hələlik kompensasiya barədə danışıqlar getmir. Əgər sahibkar Moskva hökumətinə müraciət edəcəksə, biz həmin müraciətə baxacağıq”, deyə o bildirib.

Bir neçəə gün öncə Rusiya mətbuatında Moskvada azərbaycanlı biznesmen Ramin Sultanlıya aid “Piramida” ticarət mərkəzinin söküntüsünə başlanılacağı barədə məlumatlar yayılmışdı.

Məlumatda bildirilirdi ki, Ramin Sultanlı özü bu obyektin söküntüsündə şəxsən iştirak edəcək. 90-cı illərdə Vladislav Vasnev tərəfindən tikilən “Piramida” daha sonra digər mülkiyyətçilərə satılıb.

Məlumata görə, 1500 kv.m ərazisi olan ticarət mərkəzinin yalnız 1000 kvadrat metri Azərbaycan vətəndaşına məxsusdur.

Metronun "Puşkinskaya" stansiyası yaxınlığındakı adıçəkilən obyektlər qanunsuz hesab edilir. Metro çıxışındakı mağazaların əksəriyyəti artıq bir neçə gün əvvəl bundan əvvəl bağlanıb. “Piramida” ticarət mərkəzində çalışan ticarətçilər söküləcək binadan mallarını çıxarmağa başlayıblar. İlk olaraq bu işə kosmetika mağazaları başlayıb. Mağazaların pəncərələrində söküntü işləri, eləcə də yeni ünvanla bağlı elanlar yerləşdirilib. İkinci mərtəbədəki obyektlər isə hələlik fəaliyyətini davam etdirir.

Rusiyanın məşhur jurnalistlərindən olan Kseniya Sobçak da “Piramida” ticarət mərkəzinin sökülən hissəsində olub və bu ərazi haqqında xatirələrini bölüşüb. Ərazini lentə alan jurnalist öz reportajına belə başlayıb:

“Biz “Piramida” ərazisindəyik. Burada mənim uşaqlığım keçib. İlk dəfə burada mənə Ömər Cəbrayılov suşi qonaqlığı verib. O zaman bahalı “Mario” restoranına gedə bilmədim, məni ucuz olan “Piramida”ya gətirdilər. İndi isə bura sökülür. Amma hər şey mülkiyyətçi ilə razılaşma yolu ilə həll olunub. Heç kəsə zor tətbiq olunmayacaq”, - deyə xanım jurnalist vurğulayıb.

Rusiyada qanunsuz tikililərin sökülməsi ilə bağlı qərar ötən ilin 8 dekabrında qəbul edilib. Bura 104 təhlükəli qanunsuz tikili daxildir. Artıq 97 obyektin söküntüsü başlayıb. Onların əksəriyyəti metrostansiyaların yaxınlığında yerləşir. Söküntünün mart ayına kimi bitməsi gözlənilir.

Məsələni şərh edən Moskva meri Sergey Sobyanin bildirib ki, qanunsuz tikililərin sökülməsi Rusiyada irsin, tarixin və dürüstlüyün satılmamasının əyani göstəricisidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb