Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Avtovağzal yaxınlığında yol yenidən çökdü: sürücülər təhlükədə - VİDEO

03:57  |    20 Fevral 2016  |   E-mail  |  Çapa göndər


Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yolda əmələ gələn çatlar yağan güclü yağışdan sonra daha da genişlənib.

Qaziler.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yolun Sumqayıt tərəfə olan hissəsində təxminən 5 metrlik məsafədə 10 santimetrlik yeni çat əmələ gəlib. ``Azəryolservis``dən isə bildirilib ki, çatın genişlənməsinə səbəb ərazidə olan süni təpəciklərin suvarılmasıdır.

Bakı-Sumqayıt yolunda yeni çatlar əmələ gəlib. Əvvəllər yolun Bakıya doğru hissəsində çatlar var idisə, bu dəfə Sumqayıt istiqamətində də yol çatlayıb. Yağan güclü yağış və avtomobillərin yolda intensiv hərəkəti Bakı-Sumqayıt yolunun üzü Sumqayıta olan hissəsində yaranan çatların genişlənməsinə səbəb olub. Bu isə yolda hərəkət edən avtomobillərə maneə yaradır.

``Azəryolservis`` Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Anar Nəcəflinin sözlərinə görə isə yolda yaranan çat yeni deyil. Çökmənin gündən-günə genişlənməsinə səbəb ərazidə olan süni təpəciklərin vaxtaşırı suvarılmasıdır.

Bu arada, Beynəlxalq Avtovağzal kompleksi yanında çökmə baş verən ərazidə təmir-bərkitmə işləri davam etdirilir. Sürüşmə zolağında bərkitmə işləri tam başa çatdırıldıqdan sonra Bakı-Sumqayıt yolunun hər iki hissəsinin əsaslı təmirinə başlanılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi