Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

“Elnur Nağızadə ilə bağlı sənədləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya göndərmişik”

18:45  |    19 Fevral 2016  |   E-mail  |  Çapa göndər


“Mən Elnur Nağızadənin fəaliyyətinə münasibətimi hələ ötən ilin noyabrında bildirmişəm və onu işdən azad etmişəm".

Qaziler.az bildirir ki, bu sözləri fevralın 19-da Şamaxı rayonunda vətəndaşlarını qəbul edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib.

M. Abbaszadə bildirib ki, Elnur Nağızadə əmək məzuniyyətindən qayıtdıqdan sonra işdən çıxarılıb: “Bu ilin yanvarında isə iki nəfər onunla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edib. Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın fəaliyyətinə heç bir aidiyyəti yoxdur”.

M. Abbaszadə bildirib ki, E. Nağızadə ilə bağlı sənədlər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına göndərilib: "Onunla bağlı bütün sənədləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya göndərmişik. Biz TQDK olaraq maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələlər araşdırılsın. Lakin Elnur Nağızadənin fəaliyyəti TQDK-nın işinə, komissiyanın daxilindəki proseslərə heç bir təsir göstərməyib. Bilirsiniz ki, o yalnız komissiyanın mətbuat katibi olub”.

Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

E. Nağızadə isə hazırda xaricdə olduğunu deyərək, bütün ittihamları rədd edib.

Qeyd edək ki, Elnur Nağızadə 2005-ci ildən TQDK-da çalışıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
Şöbə müdiri I Vitse Prezidentin tapşırığını niyə yerinə yetirmir? - ŞİKAYƏT
03.07.2020
Bu il özəl sektorda əmək müqavilələrinin sayı artıb
03.07.2020
İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib?
02.07.2020
Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib
02.07.2020
Ölkədə koronavirusdan sağalanların sayı 10 425 nəfərə çatdı