Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

Şirin Mirzəyev haqqında çəkilən filmin təqdimatı oldu - Ağdamda

14:56  |    18 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi sahəsində ictimai tədbirləri davam etdirir.

Quzanlı qəsəbəsində Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Ağdam Dövlət Dram Teatrında keçirilən kütləvi tədbirdə icra hakimiyyətinin və Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak ediblər.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən çəkilən, Azərbaycanın Milli Qəhrəman Şirin Mirzəyevə həsr edilmiş “Diqqət mən 301-əm” adlı sənədli film göstərilib. Layihənin rəhbəri Şəmistan Əlizamanlı, rejissorları İlham Tumas və Nicat Cəlildir. Ssenari müəllifi isə Rey Kərimoğludur.



Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, ağdamlıların Vətənimizin müdafiəsi uğrunda göstərdiyi fədakarlıqlarından danışıb, müharibə şəraitində yaşayan Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesindən danışıb. Bildirib ki, Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görür. Dövlət Xidməti ordu ilə xalq arasında körpü rolunu oynayır.

Milli Məclisin deputatı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova çıxışında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayaraq, ölkəmizdə bu istiqamətdə, həmçinin ordu quruculuğunda görülən işləri yüksək qiymətləndirib. Bildirib ki, qələbə qazanmaq üçün döyüşə hazır olmalıyıq.

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli dövlət müstəqilliyinin qazanılmasında və qorunmasında xalqımızın mübarizliyindən danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ordumuzun qələbəsi ilə nəticələnəcəyinə inamını ifadə edib.

Sonra şəhid ailələrinin üzləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbərləri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.

Tədbir Azərbaycanın ilk hərbi diktoru, Azərbaycanın hərbi mahnılarının ifaçısı Şəmistan Əlizamanlının iştirakı ilə konsert proqramıyla davam edib. Toplantı iştirakçıları Ş.Əlizamanlının ifasını ayaq üstə alqışlayıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Erməni deputat: 158 əsgərin ölüm səbəbi...
20.11.2019
Qarabağ təbliğatı yeni mərhələdə: Bakı informasiya savaşında taktikanı cilalayır
20.11.2019
Cəbhə xəttində son durum: atəşkəs yenə də pozulub
20.11.2019
Qarakənd faciəsindən 28 il ötür
19.11.2019
Zatulindən növbəti həyasızlıq: Yalnız 5 rayon qaytarılsın...