Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6944

Digər sorğular

Türkiyəli təhlilçi: “Hazırda hər şey PYD-yə işarə etsə də, dəqiq nəsə demək tezdir”

03:03  |    18 Fevral 2016  |   E-mail  |  Çapa göndər


“Türkiyə terror təşkilatı kimi gördüyü Suriyanın şimalındakı PYD ilə bağlı Qərb ölkələrinə çox sərt mesajlar verdi.

Prezident Ərdoğan bugünkü çıxışında ABŞ-a və PYD-ni dəstəkləyən digər ölkələrə sərt mesajlar verəndən bir neçə saat sonra terror aksiyası baş verdi. Baş nazir Davutoğlu da PYD ilə əməkdaşlıq edən ölkələrə eyni dərəcədə sərt mesajlar vermişdi”.

Bunu bu gün axşam Türkiyənin paytaxtı Ankarada baş vermiş terror aksiyasından sonra APA-ya açıqlama verən terror və təhlükəsizlik məsələləri üzrə təhlilçi Məhmət Fərəc deyib.

M. Fərəc bildirib ki, Milli Kəşfiyyat Təşkilatı 14 PYD terrorçusunun sərhəddən Türkiyəyə girməsi barədə Baş Qərargaha xəbərdarlıq edib: “İşin bir də bu tərəfi var. Türkiyənin PYD-ni top atəşinə tutmasına cavab olaraq da Ankaradakı terror aksiyasının həyata keçirildiyini düşünmək olar. Yəni hazırda hər şey PYD-yə işarə etsə də, dəqiq nəsə demək tezdir”.

Qeyd edək ki, Silahlı Qüvvələrin Baş Qərargahından verilən açıqlamada fevralın 17-də saat 18.32-də Ankaranın Çankaya rayonunun İnönü bulvarındakı qovşağın işıqforunda Baş Qərargahın əməkdaşlarını aparan avtobusa terror hücumu olduğu bildirilib. Ankara Valiliyindən verilən son açıqlamada terror aksiyasında 18 nəfərin həyatını itirdiyi, 45 nəfərin isə yaralandığı bildirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Hücum cəhdinin qarşısı alındı, sərhəddə zərərsizləşdirildilər - Türkiyə Müdafiə Nazirliyi
05.07.2020
İş adamı koronavirusdan qorunmaq üçün özünə qızıl maska düzəltdirdi - VİDEO
05.07.2020
Krımı ilhaq edənləri bağışlamayacağıq - Zelenski
05.07.2020
Koronovirusun ikinci dalğası noyabr-dekabr aylarında başlanacaq? - EHTİMAL
05.07.2020
Türkiyə bizə meydan oxuyur - Afina