Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7006

Digər sorğular

Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb

14:49  |    11 Mart 2015  |   E-mail  |  Çapa göndər

Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə üzrə Birgə Məsləhət Qrupunun işində iştirakını dayandırmaq qərarına gəlib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Vyanada danışıqlar aparan Rusiya nümayəndə heyətinin rəhbəri Anton Mazur bildirib. O deyib ki, Moskva 2015-ci il martın 11-dən etibarən müqavilədə iştirakını tam dayandırır. Diplomat Birgə Məsləhət Qrupunda Rusiyanın maraqlarını Belarusun təmsil etməsi üçün bu ölkəyə xahişlə müraciət etdiklərini söyləyib.

Bununla yanaşı, A. Mazur qeyd edib ki, bu qərar Moskvanın Avropada adi silahlar üzərində nəzarətə dair dialoqdan imtina etməsi mənasına gəlmir: “Biz adi silahlar üzərində nəzarətə dair birgə işə başlamağa hazırıq və tərəfdaşlarımızın da buna hazır olmasını gözləyirik”.

Rusiyanı bu addımı atmağa sövq edən səbəblərdən danışan diplomat xatırladıb ki, NATO ölkələrinin israrı ilə Avropada adi silahlar üzərində nəzarətə dair dialoq 2011-ci ildə dayandırılıb və o vaxtdan bəri bərpa edilməyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
Tramp: “Bayden qalib gəlsə, amerikalılar Çin dilini öyrənməli olacaq”
12.08.2020
ÜST-dən virusa qarşı ilk peyvəndlə bağlı açıqlama
12.08.2020
Rusiyanın COVID-19 vaksininin 100-dən çox yan təsirləri ortaya çıxdı
12.08.2020
Rusiyalı nazirdən COVID-19 peyvəndi ilə bağlı tənqidlərə münasibət
12.08.2020
Tramp brifinqi yarımçıq tərk etməsinin səbəbini açıqladı - VİDEO