Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Rusiyada azərbaycanlı diaspor rəhbəri rüşvət vermək üstündə saxlanılıb

00:59  |    18 Fevral 2016  |   E-mail  |  Çapa göndər


Rusiyada azərbaycanlı diaspor rəhbəri rüşvət vermək üstündə saxlanılıb.

Qaziler.az bildirir ki, APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Volqoqradın "Vısota 102" informasiya agentliyi məlumat yayıb.

Məlumatda 52 yaşlı azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad vilayəti üzrə regional bölməsinin rəhbəri Teymur Həsənovun məhkəmə icraçılarına rüşvət vediyi vaxt Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Nataliya Kunitskaya bildirib ki, ticarət pavilyonlarının sahibi olan azərbaycanlı iş adamı məhkəmə icraçılarına qanunsuz mükafat kimi 160 min rubl məbləğ təklif edib. Onun sözlərinə görə, həmin məbləğ hissə-hissə verilib: "Sonuncu hissə verilən zaman azərbaycanlı iş adamı və onunla birlikdə vasitəçi də saxlanılıblar. Hazırda həmin şəxslər barəsində ev dustağı tədbirinin seçilməsi məsələsinə baxılır. Hər iki şəxs ilkin ifadələrində günahlarını boyunlarına alıblar.

Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad vilayəti üzrə regional bölməsində APA-ya Teymur Həsənovun saxlanılması ilə bağlı faktı təsdiqləyiblər. Adının çəkilməsini istəməyən diaspor üzvü hüquq-mühafizə orqanları əməkdaşlarının iş adamı Teymur Həsənovun evində və ofisində axtarış apardığını da söyləyib. Onun sözlərinə görə, hazırda Teymur Həsənovun telefonuna da zəng çatmır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış