Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

Ermənilərdən yeni “soyqırım“ layihəsi

14:43  |    11 Mart 2015  |   E-mail  |  Çapa göndər

Ermənilər qondarma soyqırımla bağlı daha bir addım atmağa hazırlaşır. Türkiyənin "Hürriyət" qəzetinin verdiyi məlumata görə, diaspora indi də Hollivudun tanınmış simaları ilə birlikdə soyqırımların qarşısının alınması üçün 2016-cı ildən etibarən Aurora Oyanana İnsanlıq mükafatı verməyə hazırlaşır. Ermənilər qondarma soyqırımı ilə bağlı 1 milyon dollarlıq ilk mükafatlarını gələn il aprelin 24-də vermək niyyətindədirlər.

Ermənilər yalanlarla dolu bu iddialarına tanınmış ulduzları da ortaq etmək istəyirlər. Mükafatın münsiflər heyətində Corc Kluni, Nobel sülh mükafatının sahibləri Elie Uiesel, Oskar Arias, BMT-nin keçmiş insan haqları komissarı Meri Robinson, BMT-nin soyqırımlarının qarşısının alınması üzrə müşaviri Qaret Evans və başqaları var.

Dünyaya öz yalanlarını yaymaq üçün hazırlanan mükafatın ilk təqdimatı gələn il İrəvanda baş tutmalıdır. Sahibi onu Corc Klunin əlindən alacaq.

Bu işin təsisçiləri arasında Rusiyanın erməni əsilli sərmayəçilərindən olan Ruben Vardanyan da yer alır. O, Kluni, Mett Deymon, Bred Pitt və sairə Hollivud ulduzlarının qurucuları arasında olduğu "Not On Our Watch" adlı ictimai təşkilatla işbirliyi edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.07.2020
Ermənistan müharibəyə hazırlaşır? - FOTO
03.07.2020
Dünyada virusa yoluxanlar artıb, ölüm halları bir qədər azalıb - Sutkalıq STATİSTİKA
02.07.2020
Rusiya koronavirus dərmanının ixracına başladı
02.07.2020
Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan vəfat edib
02.07.2020
Nursultan Nazarbayev koronavirusdan sağaldı