Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Davudoğludan Rusiyaya: “Alçaq, xain…”

19:53  |    16 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Suriyada elə bir bölgə yoxdur ki, ora bomba ilə vurulmasın. Rusiya qırıcıları bombaları yükləyir və hara gəldi atırlar.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu AKP-nin iclasında deyib.


O, Rusiyanın Suriyada vaxtı bitmiş bombalardan istifadə etdiyini bildirib:

“Suriyada baş verən son hadisələr milli təhlükəsizliyimizi təhdid edir. Suriyada elə bir bölgə yoxdur ki, ora bomba atılmasın. Rusiya qırıcıları ağıllı bombadan istifadə etmirlər. Onlar bombaları yükləyir və hara gəldi atırlar. Əsasən də vaxtı bitmiş bombalardan istifadə edirlər. Rusiya və Bəşər Əsəd PYD-dən istifadə edərək, Suriyada etnik mənsubiyyəti dəyişdirməyə çalışır. 5 il ərzində Suriya xalqı heç bir orduya, silaha sahib olmadan Əsəd rejiminə müqavimət göstərdi. Daha sonra Hizbullah Əsədin köməyinə gəldi, lakin yenə də Hələbi, İdlibi ələ keçirə bilmədilər. Bu yetmədi, İranı çağırdılar. Daha sonra isə bütün regiondakı şiə döyüşçüləri gətirdilər. Lakin yenə də Hələbi tuta bilmədilər. Son mərhələdə isə böyük qardaşlarına üz tutub, Rusiyaya getdilər. “Bu qırğını sən tamamla, sən yaxşı bacarırsan”, - dedilər. 30 sentyabrdan (2015-ci il – red.) bu yana alçaq, xain, barbar qırıcılar hərbçi-mülki fərqi qoymadan insanlara bomba yağdırırlar. İndiyə qədər 8 min hücum gerçəkləşdiriblər. Türkiyə öz sərhədlərini qorumaq, etnik təmizliyin və Suriyada müxaliflərin zəifləməsinin qarşısını almaq üçün lazımı bildiyi tədbirləri görməyə davam edəcək”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış
19.11.2019
Sarkisyan Aprel döyüşlərinə görə sorğu-sual ediləcək