Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

İngiltərənin Avropa İttifaqında qalması üçün son cəhdlər -VİDEO

19:22  |    16 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Böyük Britaniyanın baş naziri Devid Kemeron Parisdə Fransa prezidenti Frans Olland ilə bir araya gəlib.

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, görüşdə əsasən İngiltərənin Avropa İttifaqında qalmaq üçün Brüsseldən tələb etdiyi islahat mövzusu müzakirə olunub.


Fransa prezidenti İngiltərənin birlikdə qalmasını təmin edəcək razılaşmalar üçün hələ də üzərində çalışacaqları mövzuların olduğunu dilə gətirib.



Diplomatik mənbələrə görə, Fransa hökuməti İngiltərənin avrozonaya müdaxilə etməsinə imkan yaradacaq səlahiyyətlərini məhdudlaşdırmağa çalışır.

Avropa Birliyinin İngiltərəni dilə tutmaq üçün təklif etdiyi paket ümumi olaraq Londonun tələblərini qarşılayır. Ancaq bunun Avropa İttifaqı ölkələrini siyasi dalana aparma riski də gözardı edilmir.

Avropa Şurasının sədri Donald Tusk: "Kritik bir dövrdəyik. Müzakirələrdə qərar anı yaxınlaşdıqca, tərəflərin mövqelərini möhkəmləndirməsi çox təbiidir. Amma İngiltərənin ayrılma riski hələ də ciddi olaraq qalır. Çünki hal-hazırkı müddət çox kövrəkdir. Qırılan bir şeyi geri gətirmək mümkün olmaya bilər".

Qeyd edək ki, bu həftə Avropa İttifaqının sammitində təklif edilən paket müzakirəyə çıxarılacaq. 28 üzv ölkə islahat paketini qəbul edəcəyi halda, Kemeron İngiltərənin Avropa İttifaqında qalması ilə bağlı referendum kampaniyasına başlayacaq. Kemeron mövcud halda islahatlara getmədən Avropa İttifaqında qalmalarının mümkün olmadığını düşünür.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.05.2020
Nyu-Yorkda koronavirusdan ölənlərin sayında ilk dəyişiklik
27.05.2020
Rus muzdluları Liviyadan belə çıxdı - VİDEO
27.05.2020
Ermənistan koronavirus epidemiyasının ikinci dalğasını yaşayır
27.05.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
26.05.2020
İspaniyada koronavirus qurbanlarının xatirəsinə 10 günlük matəm elan edildi