Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

İran Rusiyadan 8 milyard dollarlıq silah və hərbi texnika alır-VİDEO

16:48  |    16 Fevral 2016  |   E-mail  |  Çapa göndər

İran Rusiyadan 8 milyard dollarlıq silah-sursat və hərbi texnika almağa hazırlaşır. APA TV-nin məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

İranın müdafiə naziri Hüseyn Dehqanın fevralın 15-də Moskvaya səfəri başlayıb. Nazir bu gün adı çəkilən ölkənin prezidenti Vladimir Putinlə bir araya gələcək. Görüşdə hərbi əməkdaşlığın və ticarətin genişləndirilməsi məsələsi müzakirə olunacaq.

Bundan əlavə Hüseyn Dehqan rusiyalı həmkarı Sergey Şoyqu və Rusiya baş nazirinin müavini Dmitri Roqozinlə də görüşəcək.

Rəsmi Tehranın Kremlə artıq alacağı silahların və texnikanın siyahısını təqdi etdiyi deyilir. İran tərəfi Rusiyanın "Su-30SM" qırıcıları, "Yak-130" təlim-döyüş təyyarələri, "Mi-8" və "Mi-17" helikopterləri, "Bastion" tipli zenit-raket kompleksləri, "Yaxont" gəmiləri, dizel-elektrik mühərrikləri, sualtı qayıqlar və başqa hərbi texnikalarının alınmasında maraqlıdır.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ərdoğan küçəyə çıxma qadağasını ləğv etdi
05.06.2020
Dünyada bir gündə 130 minə yaxın insan koronavirusa yoluxdu - STATİSTİKA
04.06.2020
XİN: Gürcüstan Ermənistana kömək göstərməyə hazırdır
04.06.2020
Gözlənilməz görüş: Sisi Haftarı qəbul etdi
04.06.2020
Türkiyə iki ölkə ilə sərhədlərini açdı