Səudiyyə Ərəbistanında yaradılan müxalifət terrorçular və satqınlardan ibarətdir.
APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd bəyan edib.

“Elə bir ölkə yoxdur ki, terrorçularla dialoq aparmağa razı olsun. Təbii ki, biz də cinayətkarlarla bir masa arxasında oturmaq istəmirik. Ər-Riyadda yaradılan müxalifət terrorçu və satqın yığıncağıdır. Onlar müstəqil qərar vermək iqtidarında deyillər. Nə vaxt buna nail olsalar, o zaman da danışıqlar mümkün olacaq”, - deyə Bəşər Əsəd bildirib.
Onun sözlərinə görə, atəşkəs o demək deyil ki, bütün münaqişə iştirakçıları silahı yerə qoyacaqlar: “Atəşkəs rejimi ilk növbədə terrorçuların möhkəmləndirilməsinə son qoyulmasını nəzərdə tutmalıdır”.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər