Almaniyanın Münhen şəhərində dünya liderləri Suriyada müharibənin dayandırılması üçün razılıq əldə etdilər.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti yazıb.
Adı açıqlanmayan kəşfiyyat nümayəndəsi nəşrə açıqlamasında da Suriyanın iki cəbhəyə ayrıldığını təsdiqləyib:
“Bombaların hara atıldığına nəzər yetirməmiz kifayətdir. Son iki ayda cərəyan edən hadisələrə baxdığımızda görə bilərik ki, Suriyada iki cəbhə formalaşıb. Bir cəbhə Vaşinqton, digəri isə Moskva tərəfindən idarə edilir. Əməliyyatlar tərəflər arasında bölünüb. Sual isə belədir: “Bu, belə də davam edəcəkmi?”.
Qeyd edək ki, Almaniyanın Münhen şəhərində Rusiya və ABŞ rəsmiləri Suriyada atəşkəsin təmin edilməsi üçün razılıq əldə ediblər.
Razılaşma nəticəsində Suriyadakı müxalif qrupların fəaliyyətinə sərbəstlik verildi. Həmçinin humanitar yardımlarla bağlı yeni qərarlar da qəbul olundu.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər