Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7307

Digər sorğular

Qərb Türkiyənin gizli planlarını PKK-ya satdı

22:31  |    15 Fevral 2016  |   E-mail  |  Çapa göndər


Türkiyə döyüş təyyarələrinin Şimali İraqda keçirdiyi ardıcıl hava hücumlarından sonra PKK terrorçuları bölgəni tərk etməyə başlayıb.

Qaziler.az-ın məlumatına görə, Axar.az Mehmetcik TV-yə istinadla xəbər verir ki, Qəndil dağlarından geri çəkilən separatçılar Sincar dağlarında möhkəmlənmək qərarına gəlib.

“Akit” qəzetinin kəşfiyyat orqanlarından əldə etdiyi məlumata görə, terrorçuların qəfil hazırlığı Qərb kəşfiyyatından daxil olan məlumatlardan sonra daha da sürətlənib. Çünki bir müddət əvvəl Türkiyə xüsusi təyinatlıları Qəndildən geri çəkilməyə hazırlaşan yaraqlılara qarşı genişmiqyaslı əməliyyata hazırlaşırmış. Hava hücumlarından sonra terrorçu qərargahlarında quru əməliyyatı keçirəcək ordu birlikləri təşkilatın əsas üzvlərini canlı ələ keçirərək Türkiyəyə gətirəcəkdi.

Məhz bu səbəbdən gizli əməliyyat planından xəbər tutan terrorçular Mosulun 120 kilometrliyində yerləşən Sincar dağlarına üz tutub.

Sincar dağının seçilməsinin bir neçə önəmli səbəbi var. Regionun başlıca müsbət xüsusiyyəti isə Məsud Bərzani liderliyindəki İraq Regional Kürd Rəhbərliyi və İrana daha yaxın olmasıdır.

Qeyd edək ki, Sincar bölgəsi 2014-cü ilin avqustunda İŞİD tərəfindən işğal olunmuşdu. Lakin peşmərgə qüvvələri 2015-ci ilin noyabrında Sincarı tamamilə nəzarət altına alıb.

Bölgə İŞİD-in iki əsas qalası - Suriyadakı Rakka və Şimali İraqdakı Mosul şəhərləri arasında strateji mövqedə yerləşir. Sincarın alınması ilə İŞİD-in əsas qolları arasında əlaqə kəsiməli idi.

Sincar dağının kürdlər tərəfindən azad edilməsində ABŞ döyüş təyyarələrinin müstəsna xidməti olub. Vaşinqtonun bölgəni azad etdikdən sonra PKK-nın Sincara daşınma planları ilə əlaqəli olub-olmadığını isə zaman göstərəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2021
Aleksey Navalnının mətbuat katibi saxlanıldı
22.01.2021
Dünyada COVID-19-a yoluxanların sayı 98 milyonu keçdi
21.01.2021
İran Azərbaycanda ticarət nümayəndəliyi açacaq
21.01.2021
Bayden Trampın qərarlarını ləğv etdi: Müsəlman ölkələrinə qadağa qaldırıldı
21.01.2021
Ermənilər Baydenin gəlişinə niyə sevinir?