Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynaya gedərkən önəmli açıqlamalar verdi. O, Suriyaya qarşı hazırlanan “quru əməliyyat”lar barədə məsələlərə aydınlıq gətirdi.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, baş nazir əsasən Rusiyanın “3-cü dünya müharibəsi çıxacaq” iddialarına toxundu:

“”Ay müharibəyə girə bilərik, artıq girmiş kimiyik” kimi spekulyasiyaları qətiyyən gündəmdə tutmaq olmaz. Rusiya tərəfi məqsədli şəkildə bu məlumatları yayır və əməliyyatlar keçirilir. Onların əsas məqsədi bu mövzunu gündəmdə tutaraq dünyanı gərgin saxlamaqdır. Öz siyasətlərini diqtə etmək istəyirlər. Bizim bu cür əməliyyatlara rəvac verməyimiz doğru deyil. Kiminsə müharibə hay-küyü ilə lobbi qurması doğru deyil. Türkiyə özü lazım bildiyi tədbirləri görür. Və yalnız pozitiv siyasi atmosferin yaranmasına çalışır”.
Davudoğlu "5 ilin sonunda artıq Suriyada vəziyyətin dəyişməsi üçün “quru əməliyyat”ı keçirmək vacibdirmi?” sualına "Rusiyanın hava hücumları dayanmalı, ərazidə rejim və DEAŞ-dan başqa, xalqı təmsil edən bütün qruplar dəstəklənməlidir” deyə cavab verdi. Beləliklə, Türkiyənin “quru əməliyyat“ deyəndə əslində nələri nəzərdə tutduğu bəlli oldu.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər