Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Paytaxt bazarlarında qiymətlər necədir? - REPORTAJ-VİDEO

18:27  |    15 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Ötən həftə ilə müqayisədə paytaxtın kənd təsərrüfatı malları satılan böyük bazarlarında qiymətlər nisbətən bahalaşıb. APA TV-nin bazarlarda apardığı monitorinq nəticəsində məlum olub ki, bahalaşma əsasən, yerli məhsullar üzrə qeydə alınıb.



Hazırda bazarlarda kartofun bir kiloqramının qiyməti 50 qəpik - 1 manat arasında dəyişir. Tovuz, Şəmkir və Cəlilabadda becərilən kartofun qiyməti 70-80 qəpik arasında stabilləşib. Gədəbəy kartofunun qiyməti isə 1 manatdan başlayır. Satıcılar qiymətlərin cüzi bahalaşmasını yerli məhsullara tələbatın artması və bazara çıxarılan məhsulun azalması ilə əsaslandırır. Bazarda Rusiya, Polşa və Belarusdan gətirilmiş kartofun həcminin artması bu məhsulların qiymətinə təsir göstərib. Hazırda xaricdən gətirilmiş kartof bazarda 50-55 qəpiyə təklif olunur.

Soğanın qiymətində də cüzi dəyişiklik var. Ötən həftə 60-70 qəpiyə satılan keyfiyyətli soğan indi 80 qəpikdən satılır. Satıcılar qiymətin artmasını mövsüm sonunun olması, təsərrüfatlarda soğan ehtiyatının azalması ilə izah edir. Kələmin, yerkökünün qiymətində isə dəyişiklik yoxdur. Kələmin 3 kiloqramı 1 manata, yerkökünün bir kiloqramı 50 qəpiyə satılır. Göyərti məhsullarının qiymətində də artım müşahidə olunur. Ötən həftə göyərtinin kiçik dəstəsi 5-8 qəpiyə satılırdısa, indi qiymət 15-20 qəpiyə çatıb. Göyərtinin qiymətlərin artmasına bölgələrdə hava şəraitinin pis keçməsi təsir göstərib. Satıcılar havalarla əlaqədar Qərb bölgəsindən paytaxta daha az göyərti məhsulu gətirildiyini deyirlər.

Hava amili meyvələrin də qiymətinə təsirsiz ötüşməyib. Ötən həftə 70-80 qəpiyə satılan yerli sort süfrəlik almanın qiyməti 1 manat 30 qəpiyə kimi bahalaşıb. Armudun bir kiloqramı 1.80-2.50 qəpikdir. Narıngi 1,50 manatdan, portağal 2 manatdan satılır. Meyvə bazarında diqqəti cəlb edən ilk məqam ötən həftəyə nisbətən çeşidin azalmasıdır. Elə bu amil də qiymətlərə təsir edib.

Bazarlarda ət, toyuq və balıq çeşidlərinin qiyməti isə dəyişməyib. Satıcılar bazarların artıq Novruz bayramına kökləndiyini, qiymətlərin bayramla əlaqədar mərhələli şəkildə artacağını bildirirlər. Bayrama təxminən 1 ay vaxt qaldığından alıcılar artıq bayram üçün zəruri olan, xarab olmayan meyvə, ləpə kimi məhsulları almağa başlayıb, bazarda təklif müqabilində tələbatın az da olsa artması qiymətlərə təsir göstərib. Martın əvvəllərindən kənd təsərrüfatı yarmarkalarının yenidən fəaliyyətə başlaması bazarlarda qiymətlərin yenidən stabilləşəcəyi gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər