Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Prezidentlərin arasında dialoqun baş tutması vacibdir - Ceyms Uorlik

18:16  |    15 Fevral 2016  |   E-mail  |  Çapa göndər

“Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla, işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.

APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.


C. Uorlik bildirib ki, Minsk qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır: “Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə etiraz etmirik. Azərbaycan və Ermənistanın istədikləri kimi bu məsələni qaldırmaq hüququnu dəstəkləyirik. Ümid edirik ki, münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk qrupu ilə sıx əməkdaşlıq edəcək”.

Amerikalı həmsədr münaqişənin həlli elementlərinin müzakirələrini davam etdirmək üçün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazır olduqlarını diqqətə çatdırıb: “Biz inanırıq ki, sülh prosesində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun baş tutması vacibdir”.

“Amerikanın səsi” radiosunun “Vaxtı ilə ABŞ dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara başlayıblar. Bu formatın sonluğu Ermənistanda hakimiyyət dəyişikliyi, parlamentdə qətllə müşayiət olunub. Yenidən tərəflərin vasitəçilərin iştirakı olmadan birbaşa danışıqlara başlaması mümkündürmü?” sualına isə Uorlik belə cavab verib: “Münaqişənin həllində hansısa bir irəliləyişin əldə edilməsi üçün həmsədrlər ABŞ dövlət katibi Con Kerri, Rusiya prezidenti Vladimir Putinvə Fransa prezidenti Fransua Ollandın vasitəçilik səyləri nəticəsində prezidentlərin iştirakı ilə üçtərəfli görüşlərin təşkilini dəstəkləyirlər”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər