Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Qızıl Xaçdan Dilqəm və Şahbazın “Skype”-a qoşulma ehtimalına MÜNASİBƏT

18:00  |    15 Fevral 2016  |   E-mail  |  Çapa göndər

“Əsir və girovluqda saxlanılanların ailələri ilə “Skype” vasitəsi ilə əlaqə qurması bütün hallarda hakimiyyətlərdən asılı məsələdir”.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan ofisinin rəhbəri Karolin Duyez Azərbaycanın baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələri ilə "Skype" vasitəsilə əlaqə saxlaması ilə bağlı BQXK rəhbərliyi ilə razılıq əldə olunmasına dair suala cavabında deyib.


K. Duyez bildirib ki, qurumun əsas vəzifələrindən biri həbs olunan şəxslərlə ailələr arasında əlaqə qurmaqdır: "Adətən bu iş Qızıl Xaç tərəfindən yazılı şəkildə həyata keçirilir. Ya da BQXK-nin nümayəndəsinin köməyi ilə telefon əlaqəsi qurmaq mümkün olur. “Skype" vasitəsilə əlaqə qurmağa gəlincə, bütün hallarda bununla bağlı qərarı hakimiyyətlər verməlidir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür
25.02.2020
Ərdoğan Bakıda Xocalı qətliamını törədənlərə LƏNƏT OXUDU
25.02.2020
Güclü külək sakinləri işıqsız qoyub
25.02.2020
“Dedi ki, qızını qaçırmışıq, iş işdən keçib” - Bulvarda intihar edən qızın atası
25.02.2020
Qanun pozuntularına yol verən məntəqələr açıqlandı - SİYAHI