Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Gürcüstandan Azərbaycana qaçaq yolla mal-qara və dərman keçirilməsinin qarşısı alındı-VİDEO

17:30  |    15 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zasta­vasının xidməti sahəsindən Gürcüs­tan­dan Azərbaycana qaçaq­malın keçirilməsi barədə daxil olmuş məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilib.


Bu tədbirlər nəticəsində saat 03:00 radələrində dövlət sərhəd xəttinin yaxınlığında dövlət nömrə nişanı 35 BH 057 olan “KamAZ” markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkar edilib. Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olma­sın­dan istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar.

“KamAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb, avtomobili yüksək sürətlə hərbi qulluq­çuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb və hadisə yerindən uzaqlaşmağa çalışıb. Sərhədçilər tərəfindən məlumatlandırılmış DYP əməkdaşlarının saxlama tələ­binə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vuraraq keçib, avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərib.

Həyata keçirilmiş tədbirlər nəticəsində “KamAZ” markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılıb. Avtomobilin sürücü­sünün 1980-ci il təvəllüdlü, Qazax rayonu Daş Salahlı kənd sakini Süley­manov Samir Siyavuş oğlu olduğu müəyyən edilib.



Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağla­mada 90 adda 44 374 ədəd müxtəlif dərman preparatlarından ibarət qaçaqmal aşkar edilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür
25.02.2020
Ərdoğan Bakıda Xocalı qətliamını törədənlərə LƏNƏT OXUDU
25.02.2020
Güclü külək sakinləri işıqsız qoyub
25.02.2020
“Dedi ki, qızını qaçırmışıq, iş işdən keçib” - Bulvarda intihar edən qızın atası
25.02.2020
Qanun pozuntularına yol verən məntəqələr açıqlandı - SİYAHI