Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Prezident İrana səfər edəcək

17:37  |    15 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan prezidentiİlham Əliyevin İrana səfəri fevral ayının sonlarında baş tuta bilər.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari keçirdiyi həftəlik mətbuat konfransında APA-nın sualına cavabında deyib.


H. Cabiri Ənsari bildirib ki, səfər zamanı iki qonşu ölkə arasında bir sıra əməkdaşlıq sazişləri imzalanacaq: “Səfərin dəqiq vaxtı və proqramı haqqında səfərdən öncə ətraflı məlumat veriləcək. Bizim qonşu ölkələrlə əlaqələrimiz müştərək tarixi köklərə əsaslanır və bu əlaqələr və əməkdaşlıq müştərək mənafelər yönündə davam etdirilir”.

İranın müdafiə naziri Hüseyn Dehqanın Rusiyaya səfəri haqqında danışan H. Cabiri Ənsari qeyd edib ki, İran və Rusiya arasında əlaqələr yüksək səviyyədədir: “Hazırkı şəraitdə siyasi və hərbi nümayəndə heyətlərinin gediş-gəlişi gündəlikdə var və hər iki ölkə qərara alıb ki, iqtisadi əlaqələri inkişaf etdirsin”.

XİN sözçüsü turizmin inkişafı istiqamətində atılan yeni addımlardan da danışıb: “Qəbul edilən qərara əsasən 9 ölkədən başqa, dünyanın bütün ölkələrinin vətəndaşları İranın hava limanlarında viza ala biləcək. Ümid edirəm bu, ölkəmizdə turizmin inkişafına kömək edəcək“.

H. Cabiri Ənsari İran-Türkiyə münasibətlərinə də toxunaraq deyib ki, Ankara və Tehranın müştərək iradəsi ikitərəfli əlaqələrin inkişafı yönündədir: “Bu iradə regiondakı bəzi məsələlər və Suriya böhranı ilə bağlı fikir ayrılıqlarının məhdudlaşdırılması üçün də mövcuddur”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər