Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Dövlət Komitəsi 170 minlik rüşvətə görə araşdırma aparılmasını istəyib

15:36  |    15 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Aparat rəhbəri vəzifəsindən azad edilib. Lent.az-ın Report-a istinadən xəbərinə görə, Səfər İmanov 1 noyabr 2015-ci ildə öz ərizəsi ilə işdən çıxıb.

Onun vətəndaşlardan birindən 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report"un sorğusuna cavab olaraq bildirib ki, S.İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov AQUPDK-də olub. A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 7-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.

"Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa, müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib", - E.Səfərov əlavə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür
25.02.2020
Ərdoğan Bakıda Xocalı qətliamını törədənlərə LƏNƏT OXUDU
25.02.2020
Güclü külək sakinləri işıqsız qoyub
25.02.2020
“Dedi ki, qızını qaçırmışıq, iş işdən keçib” - Bulvarda intihar edən qızın atası
25.02.2020
Qanun pozuntularına yol verən məntəqələr açıqlandı - SİYAHI